Apr 06 2020 09:37
Elshad Aliyev
Views: 67

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 kvadratmetr sahədə və ev əşyaları qismən yanıb. Yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Create Account



Log In Your Account