Jun 30 2017 16:39
Ferah Sabirqizi
Views: 1023

Sabah Azərbaycanda Türk Şurası Dövlətlərinin ilk peşəkarlar arası kikboksinq turniri keçiriləcək.Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyev bildirib ki, türk dünyası adına belə bir idmanın Azərbaycanda keçirilməsi qürurvericidir.

"Yarış sabahdan başlayacaq. Türk dünyasının güvən yer olan Türk Şurasının təşkil etdiyi 4 ölkənin idman və gənclər nazirliklərinin imzaladığı memoranduma əsasən, sabah ölkəmizdə möhtəşəm kikboksinq tədbiri keçriləcək. Məqsədimiz türk dünyası dövlət başçılarının görüşünə dəstək verməkdir".

Sabah keçiriləcək yarışda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan idmançılar iştirak edəcək.

Yarışlar 7 çəki dərəcəsi üzrə keçriləcək.  Yarışlar K1 versiyası üzrə olacaq.


Create Account



Log In Your Account