Oct 06 2017 15:12
Naile Hesenova
Views: 122

Oktyabrın 11-də Bakıda 4-cü Beynəlxalq Turizm Filmləri Festivalına start veriləcək. Məqsəd turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub. kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti təqdim olunan filmlər arasında yaxşıların yaxşısını seçəcək.
Münsiflər heyəti “Ölkə, region, şəhər”, “Mədəniyyət, ənənə”, “Reklam filmləri”, “Ekoturizm və digər turizm növləri”, TV məhsullar - filmlər, videoçarxlar” kateqoiyaları üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq.
Festivalda yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar. Festivalın ən yaxşı filminə isə qran-pri  diplom və mükafat veriləcək. Qeyd edək ki, Bakı Beynəlxalq Turizm Filmləri Festivalı qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin üzvüdür.

 


Create Account



Log In Your Account