Oct 17 2018 12:50
Ferah Sabirqizi
Views: 111

Yenidən Bakının mərkəzində, şəhərin ən parlaq və dadlı festivallarından biri olan “Food and Drinks Fest” keçiriləcək. Festival “Meal For Real” komandası və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilib.

Festival bu dəfə Fəvvarələr meydanında keçiriləcək. Fəvvarələr meydanının seçilməsində məqsəd paytaxtın daha çox sakini və qonağının bayram ab-havasına qərq olmasını təmin etməkdir. Festival qonaqlarını daha zəngin mədəni proqram – populyar musiqi, ustad-dərsləri, blogerlərlə görüşlər və müxtəlif müsabiqələr - gözləyir. Həmişə olduğu kimi şəhərin ən yaxşı restoranları özlərinin yerli və dünya mətbəxinin ən məşhur yeməklərini təklif edəcəklər. Festival oktyabrın 24-dən 28-dək saat 11:00-dən 23:00-a qədər davam edəcək. Giriş sərbəstdir.

Xatırladaq ki, bu, sayca IV Küçə yeməyi festivalıdır. 2017-2018-ci illərdə “Baku Street Food Festival”, “Baku Sweet November” və “Baku Summer Food Fest” festivalları keçirilib.


Create Account



Log In Your Account