Mar 10 2020 14:32
Elshad Aliyev
Views: 121

Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə 42 ölkədən 158 gimnast birincilik uğrunda mübarizə aparacaq.

Yarışda ölkəmizi Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Cavidan Babayev, Marina Nekrasova və Samirə Qəhrəmanova təmsil edəcəklər.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.


Create Account



Log In Your Account