Mar 16 2020 11:08
Elshad Aliyev
Views: 44

Bakıda koronavirus təhlükəsinə qarşı dezinfeksiya işləri davam etdirilir.

APA-nın məlumatına görə, bu gün Nizami rayonu, 8 km, M.Şərifli küçəsi 84, 86, 88, 90, 92 ünvanlarda yaradılan ABAD məhəllədəki yol və küçə kənarlarında, həyətlərdə, bloklarda, meydançalarda dezinfeksiya işləri aparılıb.

Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının verdiyi müvafiq göstərişə əsasən İcra Hakimiyyətinin tabeliyində olan mənzil-kommunal təsərrüfatı birlikləri, Sanitariya və Texniki Təmizlik İdarəsinin Kommunal Xidmətlər İdarəsi gücləndirilmiş iş rejiminə keçib: "Bakı şəhər İcra Hakimiyyətinin Sanitariya və Texniki İdarəsinə məxsus olan xüsusi təyinatlı avtonəqliyyat vasitələri səhər saatlarında xüsusi dezinfeksiya maddələri ilə, qatqılarla yol kənarındakı məhəccərləri süpürərək yumaqla məşğul olur. Bu proses günün səhər saatlarında olur ki, artıq əhali işə gedən vaxtı işlər tamamlanmış olsun. Bundan başqa Mənzil Kommunal Birliklərinin balansında olan bütün binaların giriş-çıxış hissələri, lift qovşaqları, binaların həyətyanı sahələri və s. mütəmadi olaraq dərmanlanır. Zibil konteyner əraziləri də gündəlik dezinfeksiya olunur".

 


Create Account



Log In Your Account