Jan 11 2017 12:42
Ulviyye Sabirqizi
Views: 1756

Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-11, Bakıda gecə 2-4, gündüz  8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz  təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman  olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,  gündüz 1-6  dərəcə isti olacaq.  

 


Create Account



Log In Your Account