Mar 15 2017 17:00
Ulviyye Sabirqizi
Views: 1513

Martın 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetinin nəznindəki Bakı Turizm Peşə Liseyində plov festivalı keçirilib.

CBC xəbər verir ki, festivalda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünyanın hər yerində mətbəx nümunələrinin insanların dünyagörüşünün, mənəvi aləminin, psixologiyasının və əxlaqının göstəricisi olduğunu söyləyib.

Zəngin ənənəyə malik olan xalqımızın hər bölgəsinin özünəməxsus yemək mədəniyyətinin mövcudluğunu vurğulayan Ə.Qarayev Azərbaycan mətbəxinin şah yeməyi olan plovun 200-dən artıq növünün təsdiq edildiyini diqqətə çatdırıb.

Tədbirdə liseyin direktoru Neylüfər Kərimova çıxış edərək plovsevər ölkəsi olan Azərbaycanda plova xüsusi qiymət verildiyini söyləyib. Ölkəmizin rəngarəng təbiəti kimi plovun da müxtəlif çeşidlərlə təqdim edildiyini bildirib.

Vurğulanıb ki, Novruz ərəfəsində ənənəvi olaraq plov festivalının keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycan mətbəxini təbliğ etməkdən ibarətdir.

Tədbirdə Azərbaycanın əsasən 9 regionuna məxsus plovlar təqdim olunub.

Festivalda Qarabağ, Şirvan, Qazax-Gəncə, Quba-Xaçmaz, Bakı və digər regionların “Şah plov”,“Səbziplov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Müntəncəm plov” və digərləri daxil olmaqla 20-ə yaxın növdə plov nümayiş edilib.

Müxtəlif regionların folklor musiqisi və rəqslərinin səsləndiyi tədbirdə aşpazı yeməkləri qonaqlara milli geyimdə təqdim edib.

 


Create Account



Log In Your Account