Feb 07 2017 11:48
Ulviyye Sabirqizi
Views: 1537

AMEA-nın Geologiya və Geofizika İnstitutu “Otman bozdağ” vulkanının püskürməsi ilə bağlı araşdırmalar aparır.

Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) verilən məlumata görə, fevralın 6-da AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonunun Səngəçal qəsəbəsində 2 vulkan püskürməsi qeydə alınıb.

Ərazidə palçıq vulkanının püskürməsi yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də baş verib.

RSXM-nın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlidən aldığımız məlumata görə, “Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Birinci vulkanın püskürməsi 3 dəq 23 san, ikincisi isə 6 dəqiqə davam edib.

Qeyd edək ki, “Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir. AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.

 


Create Account



Log In Your Account