Aug 03 2017 17:37
Ferah Sabirqizi
Views: 463

Atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında komanda yarışının qalibi Rusiya təmsilçiləri olub.

Rusiya idmançıları Mixail Azarenko, Maksim Stepanov, Dimitri Romanov 1169 xalla bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gümüş medalı 1167 xalla İsveç atıcıları Emil Martinsson, Jasper Nyberg, Rickard Johansson qazanıblar. Finlandiyalı Topi Hulkkonen, Heikki Lahdekopi, Tomi-Pekka Heikkla 1161 xalla bürünc mükafata layiq görülüblər.


Create Account



Log In Your Account