Dec 20 2019 11:43
Elshad Aliyev
Views: 114

Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) təşkilatçılığı ilə Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu işə başlayıb.

"APA-Economics"in məlumatına görə, forum "Gömrük sahəsində islahatlar: "Yaşıl dəhliz" sisteminin tətbiqinin nəticələri və perspektivlər" mövzusuna həsr edilib.

900-dən artıq iş adamının, xarici diplomatik korpus nümayəndələrinin və rəsmi şəxslərin iştirak edəcəyi tədbirin açılış mərasimində DGK-nın sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti cənab Məmməd Musayev, Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova və “Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva məruzə ilə çıxış edəcəklər.

Forumda DGK-nın "Gömrük sahəsində islahatlar: "Yaşıl dəhliz"” sisteminin tətbiqinin nəticələri və perspektivlər" mövzusunda təqdimatı keçiriləcək, eləcə də idxal-ixrac əməliyyatlarının aparılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi və ümumilikdə könüllü riayət mədəniyyəti nümayiş etdirilməsində fərqlənmiş “Yaşıl dəhliz” sisteminin bir sıra iştirakçılarına ““Yaşıl dəhliz” sistemi çərçivəsində könüllü riayət mədəniyyətinə görə” mükafatı təqdim olunacaq.

Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediləcək.


Create Account



Log In Your Account