Mar 31 2020 11:22
Elshad Aliyev
Views: 74

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 31 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayətlərin 3-ü narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə 12 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışı elan olunan 8 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 313 nəfərə, o cümlədən 20 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.


Create Account



Log In Your Account