Mar 17 2017 17:30
Ulviyye Sabirqizi
Views: 1864

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-dən CBC-yə verilən məlumata görə, məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən və bir-neçə günlük tətbiq edilməyə başlanılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Alternativ olaraq sürücülər Nobel prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti, Fəzail Bayramov küçəsi, Babək prospekti, Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər.


Create Account



Log In Your Account