Mar 31 2017 18:00
Ulviyye Sabirqizi
Views: 1088

Martın 31-də axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhərinin Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə

Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospekti arasında olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə CBC-yə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.


Create Account



Log In Your Account