Dec 02 2019 10:44
Elshad Aliyev
Views: 72

Bu ilin yanvar-oktyabr aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,4% artaraq 16 929,3 mln. manat təşkil edib.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata əsasən, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 7 748,2 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9% artaraq 9 181,1 mln. manata bərabər olub.

Məlumata əsasən, istehlak məhsullarının 28,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,1%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

 


Create Account



Log In Your Account