Feb 02 2017 18:30
Ulviyye Sabirqizi
Views: 1471

Gənclər və İdman Nazirliyi tərəfindən internet vasitəsilə keçirilən səsvermə nəticəsində Balakən rayonu “Gənclər Paytaxtı-2017” adına layiq görülüb.

Nazirliyin mətbuat xidmətindən CBC-yə bildiriblər ki, 2017-ci il yanvarın 25-dən start götürmüş müsabiqə yanvarın 31-də sona çatıb. Bir həftə davam edən səsvermə nəticəsində Balakən rayonu 24 şəhər və rayon arasında liderlik mövqeyi nümayiş etdirib, 37,4 faiz səs toplayaraq “Gənclər Paytaxtı-2017” adını qazanıb.

Hər il olduğu kimi, bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən etibarən hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın “Gənclər paytaxtı” elan edilir.

Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilən bu layihə beş il ərzində ətrafında kifayət qədər iştirakçı kütləsi toplaya bilib. Bu müddətdə Gəncə şəhəri (2012-ci il), Biləsuvar rayonu (2013-cü il), Quba şəhəri (2014-cü il), İsmayıllı rayonu (2015-ci il), Şəmkir rayonu (2016-cı il) “Gənclər Paytaxtı” adına layiq görülüblər.

“Gənclər Paytaxtı” bir il müddətinə seçilir. Bu müddətdə həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrinin reallaşdırılmasına dəstək verir.

 


Create Account



Log In Your Account