May 01 2020 13:59
Elshad Aliyev
Views: 143

Bağlanan banklardakı əmanətlərin qaytarılmasına bu ayın sonundan başlanılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə mayın 1-də keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

“Qanunvericilikdə bu müddət 3 ay nəzərdə tutulsa da, mayın sonundan "Amrah Bank" və "AtaBank"da qalan əmanətlərin qaytarılmasına başlanılacaq”, - deyə E.Rüstəmov qeyd edib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin edilib. Aprelin 28-də həmin banklardan ikisinin - “AtaBank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv olunub.


Create Account



Log In Your Account