Jun 10 2021 11:57
Elshad Aliyev
Views: 84

Çində hazırlanmış “TikTok” videoəlavəsindən istifadənin qadağan olunması barədə ABŞ-ın keçmiş prezidenti Donald Trampın fərmanı Bayden administrasiyası tərəfindən ləğv edilib.

AZƏRTAC xəbər verir ki, Bayden Çində hazırlanmış bir neçə proqram əlavəsinin milli təhlükəsizlik və məxfilik baxımından riskli olub-olmamasının yoxlanılması barədə sərəncam verib.

Prezident Co Baydenin fərmanına əsasən ABŞ Ticarət Nazirliyi həmin proqram əlavələrinin istifadəçilərin şəxsi məlumatlarını toplayıb-toplamadığını və ya onların Çin Silahlı Qüvvələri ilə bağlı olub-olmamalarını təhlil etməlidir.

Ağ evin nümayəndəsi qeyd edib ki, Bayden administrasiyası açıq, funksional baxımdan dəstəklənən, etibarlı və təhlükəsiz internetin inkişaf etdirilməsinin, şəbəkədə və oflayn rejimdə insan haqlarının qorunmasının, habelə dinamik qlobal rəqəmsal iqtisadiyyatın tərəfdarıdır.


Create Account



Log In Your Account