Aug 07 2019 15:53
Ferah Sabirqizi
Views: 110

Avqustun 12-də Azərbaycandakı bütün məscidlərdə Qurban bayramı namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bayram namazı avqustun 12-də saat 08:00-da Bakıdakı Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin də iştirak edəcəyi gözlənilir.


Create Account



Log In Your Account