Nov 05 2019 15:13
Elshad Aliyev
Views: 29

Noyabrın 7-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Bayraq yürüşü” keçirəcək.

Trend-in məlumatına görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edəcəklər.


Create Account



Log In Your Account