Apr 20 2021 11:02
Elshad Aliyev
Views: 123

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən bu gün də Bakı Dövlət Universitetində (BDU) əməkdaşların vaksinasiyası davam edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, aprelin 19-da 150-dək əməkdaş peyvənd olunub. BDU əməkdaşları könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunublar. Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılıb.

BDU-nun müraciətini nəzərə alaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb. Poliklinikada 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub. Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.

Vaksinasiya bu gün də davam edəcək.


Create Account



Log In Your Account