Aug 14 2020 13:16
Elshad Aliyev
Views: 61

Bakı Dövlət Universitetinin (BDU) Rus Mərkəzi və Əl-Farabi Qazaxıstan Milli Universitetinin Rus Dili Və Mədəniyyəti Mərkəzi ilə birlikdə Türk dünyasının ortaq tarixi şəxsiyyəti Abay Kunanbayevin anadan olmasının 175 illik yubileyi çərçivəsində onlayn tədbir keçirib.

CBC xəbərverir ki, tədbirdə Abay Kunanbayevin həyat və yaradıcılığından, Qazax və Türk dünyası ədəbiyyatındakı rolundan bəhs edilib, ədibin irsinin təbliği istiqamətində görülən işlərdən danışılıb. Qeyd olunub ki, türksoy tərəfindən türkdilli xalqların ortaq mədəniyyətlərinin, ədəbiyyatlarının, eləcə də tarixi şəxsiyyətlərinin tanıdılmasına xidmət etmək məqsədilə 2020-ci ilin türk dünyasında “Abay Kunanbayev ili” elan edilib, həmçinin Beynəlxalq Türk Akademiyasının və UNESCO-nun birgə tədbirlər planı çərçivəsində ədibin yubileyinin beynəlxalq miqyasda qeyd edilməsi nəzərdə tutulub.

Tədbirin sonunda BDU-nun Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bu tip görüşlərin gənc nəslin maariflənməsində böyük rol oynadığını vurğulayıb.

Onlayn tədbirin tərəfdaşları qismində Bakı Dövlət Universiteti, Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin Qazaxıstan Respublikasındakı nümayəndəliyi, rusiya federasiyasının Almatıdakı baş konsulluğu, Namangan Dövlət universiteti iştirak ediblər.

Əlavə edək ki, BDU-nun Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzi Abayın "Düzəliş sözləri", "İskəndər", "Masqut", "Əzim əfsanəsi" əsərlərini qazax dilindən azərbaycan dilinə tərcümə ediblər. "Abay", "Abayın yaradıcılıq yolu" kitabları azərbaycanda ali təhsilin tədris prosesində istifadə olunur.

 


Create Account



Log In Your Account