Jun 12 2020 14:30
Elshad Aliyev
Views: 60

Yanvar-may aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 13 milyard 431,1 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 12,3 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 5 ayda qaz nəqlinin 36,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 4 milyard 900,5 milyon kubmetr təbii qaz ixrac edilib.

 


Create Account



Log In Your Account