May 19 2020 14:21
Elshad Aliyev
Views: 47

Belarus tərəfindən alınan ABŞ nefti ilə yüklənmiş ilk tankerin Litvanın Klaypeda limanına iyunun 5-dək gəlməsi gözlənilir.

"APA-Economics"in məlumatına görə, bunu RİA "Novosti"yə Belarusun "Belneftexim" konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

Qeyd edək ki, tanker 80 min ton həcmində ABŞ neftini Klaypedaya gətirəcək.

"Tanker mayın 16-da Texasdakı Bomont limanından yola salınıb. Onun Klaypeda limanına iyunun 5-dək gəlməsi gözlənilir", - deyə A. Tişenko qeyd edib.

O həmçinin bildirib ki, limandan neft "Naftan" Neft Emalı Zavoduna daşınacaq və bunun üçün təxminən 10 gün vaxt tələb olunacaq.


Create Account



Log In Your Account