Apr 02 2020 11:58
Elshad Aliyev
Views: 91

Belarus bu ay Rusiyadan 1 bareli 4 dollara olan qiyməti ilə 2 mln. ton neftin alacağına ümid edir.

"APA-Economics"in "Belta"ya istinadən verdiyi məlumata görə, bu barədə bu gün jurnalistlərə Belarusun Baş nazir Sergey Rumas bildirib.

"Hesab edirəm ki, bu gün "Belneftekhim" Rusiya şirkətləri ilə aprel ayına qədər neft tədarükü ilə bağlı danışıqları başa çatdıracaq. Biz 2 mln. ton nefti əldə edəcəyimizi gözləyirik", - deyə Baş nazir qeyd edib.

S. Rumas vurğulayıb ki, çatdırılmalar mükafatsız həyata keçiriləcək: "Dövlət başçısının Rusiya neftini mükafat alması barədə sərt və ardıcıl tapşırığı hökumət tərəfindən dəstəklənir. Bu mövqenin nəticəsi olaraq aprel ayında Rusiyadan alacağımız neftin qiyməti – 1 bareli üçün təqribən 4 dollar olacaq".


Create Account



Log In Your Account