Aug 24 2018 12:20
Naile Hesenova
Views: 191

Avqustun 23-də Minsk şəhərində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla bu ölkənin Müdafiə naziri general-leytenant Andrey Ravkov arasında görüş keçirilib.
Tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.
Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.

 


Create Account



Log In Your Account