Mar 06 2020 11:53
Elshad Aliyev
Views: 39

SOCAR Belarusa Azərbaycan nefti ilə yanaşı üçüncü ölkələrin neftini də çatdıra bilər.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"İnterfaks"ın məlumatına görə, mart ayında SOCAR Belarusa 3 partiya neft çatdıracaq. Neftin çatdırılması "SOCAR Trading" şirkəti (SOCAR-ın ticari törəməsi) ilə razılaşma əsasında aparılacaq.

İ. Əhmədovun sözlərinə görə, burada söhbət bütövlüklə SOCAR tərəfindən Belarusa neft tədarükü haqqında gedir.

Qeyd edək ki, SOCAR ilə "Belneftexim" konserni arasında əldə edilən razılığa əsasən bu ay Dövlət Neft Şirkəti Belarusa iki partiya Azərbaycan nefti göndərməlidir. Birinci partiya (90 min ton həcmində) artıq Türkiyənin Ceyhan limanında yola salınıb. İkinci partiya (85 min ton) martın 20-ə Gürcüstanın Supsa limanından göndəriləcək.

"Biz təkcə Azərbaycan neftini çatdırmırıq. Öncə mən məhz Azərbaycan neftinin çatdırılmasından bəhs etmişəm və bu ay üçün bu istiqamət üzrə iki partiya olacaq. Prinsipcə, gələcəkdə növbəti partiyalar da olacaq, onların sırasında Azərbaycan nefti ilə yanaşı başqa istehsalçıların nefti də ola bilər. Onu deyə bilərəm ki, Belarus tərəfi vaxtaşırı bizdən həm Azərbaycan, həm də digər istehsalçıların neftini alacaq", - deyə, İ. Əhmədov qeyd edib.

O həmçinin bildirib ki, hazırda Belarusa SOCAR tərəfindən Azərbaycan neftinin uzunmüddətli tədarükü ilə bağlı məsələyə baxılır.


Create Account



Log In Your Account