Sep 16 2020 17:40
Elshad Aliyev
Views: 129

Belarusun Xarici İşlər nazirinin birinci müavini Aleksandr Quryanov Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşüb.

"APA-Economics"in "BelTA"ya istinadən verdiyi məlumata görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

"Görüş zamanı iqtisadi-ticarət sahəsində Belarus-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri müzakirə olunub", - məlumatda deyilir.

Bundan başqa, iki ölkənin beynəlxalq təşkilatlar və inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti və ikitərəfli tədbirlərin hazırlanması müzakirə edilib.


Create Account



Log In Your Account