Aug 14 2020 13:06
Elshad Aliyev
Views: 62

Belarus tərəfi seçki kampaniyası dövründə və ondan sonra ölkədə baş verən bütün hadisələrlə bağlı xarici tərəfdaşlarla konstruktiv və obyektiv dialoqa hazırdır.

APA-nın “BelTa”-ya istinadən verdiyi xəbərə görə, bunu Belarusun Xarici İşlər naziri Vladimir Makey isveçrəli həmkarı İqnazio Kassislə telefon danışığı zamanı bildirib.

Belarus XİN-in mətbuat xidmətinin məlumatına görə, İsveçrə tərəfinin təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı əsas diqqət Belarusda baş tutan prezident seçkiləri və seçkidən sonra ölkədəki vəziyyət və hazırkı duruma yönəlib.

Qeyd edək ki, bu gün Aİ ölkələri Xarici İşlər nazirlərinin Belarusdakı vəziyyətlə bağlı təcili videokonfransı keçiriləcək. 

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar artıq 5 gündür davam edir. 7 000-dək etirazçının saxlanıldığı, 2 nəfərin toqquşmalarda həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir. 
Seçkidə A. Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskya təhlükəsizliyi ilə əlaqədar Belarusu tərk edib, o, hazırda Litvadadır.


Create Account



Log In Your Account