Aug 03 2020 13:17
Elshad Aliyev
Views: 62

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Belarus üçün 85 min ton neftini daşıyan tankerin avqustun 4-5-də Odessa limanına çatacağı gözlənilir.

APA-Economics”in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Belneftexim" konserninin mətbuat katibi Aleksandr Tişenko məlumat verib.

"85 min ton Azərbaycan neftini daşıyan tanker avqustun 2-də Supsadan yola çıxıb. Tankerin avqustun 4-5-də Cənub limanına (Odessa) çatması gözlənilir"

Qeyd edək ki, mart ayından etibarən "SOCAR Trading" (SOCAR-ın törəmə şirkəti) Odessa limanı və “Odessa-Brodı” boru kəməri ilə Mozır Neft Emalı Zavoduna bir neçə partiya neft tədarük edib. Bundan əvvəl "Belneftexim" konserninin rəhbəri Andrey Rıbakov ARDNŞ-nin bu il Belarusa 1 mln. tonadək neft tədarük edə biləcəyini bildirmişdi.


Create Account



Log In Your Account