Jun 30 2020 16:55
Elshad Aliyev
Views: 124

SOCAR tərəfindən Belarusa göndərilən 85 min tonluq Azərbaycan nefti olan tanker Odessa limanına daxil olub. AZƏRTAC xəbər verir ki, bu barədə “BELTA”nın müxbirinə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko məlumat verib.

“Belneftexim”də neftin iyulun 10-15-də Mozır Neft Emalı Zavodunda (NEZ) olacağı planlaşdırılır.

Aleksandr Tişenko digər tanker tədarüklərinə dair sualları cavablandırarkən bildirib ki, bu istiqamətdə işlər davam edir.

Daha əvvəl SOCAR Trading (SOCAR-ın törəmə şirkəti), Belarusun “Belneftexim” konserninə Odessa limanı və Odessa-Brodı boru kəməri ilə Mozır NEZ-də ümumi həcmi təqribən 335 min tona yaxın olan dörd partiya neft çatdırıb. Bunlardan təxminən 250 min ton həcmində olan üç partiya mart ayında, 85 min ton həcmində olan bir partiya isə apreldə göndərilib.

"Belneftexim" konserninin sədri Andrey Rıbakov bundan əvvəl bildirimişdi ki, SOCAR bu il Belarusa 1 milyon tona yaxın neft göndərə bilər.


Create Account



Log In Your Account