Apr 28 2020 15:18
Elshad Aliyev
Views: 67

Belarusda koronavirusa tutulan xəstələrin sayı 12 mini ötüb. AZƏRTAC xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa tutulanların sayı 12208 nəfərdir. Onlardan 1993 nəfəri tam sağalaraq evə buraxılıb, 79 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 161 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.


Create Account



Log In Your Account