May 13 2020 18:01
Elshad Aliyev
Views: 162

Belarusda koronavirusa yoluxan xəstələrin sayı 26 minə yaxınlaşıb.

AZƏRTAC xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 25 min 825 nəfərdir. Onlardan 7 min 7111 nəfəri tam sağalaraq evə buraxılıb, 146 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 296 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.


Create Account



Log In Your Account