May 20 2020 17:13
Elshad Aliyev
Views: 179

Belarusda son bir gün ərzində koronavirusa (COVID-19) 918 nəfər yoluxub, 4 nəfər isə ölüb.

AZƏRTAC xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 32 min 426 nəfərdir. Onlardan 11 min 415 nəfəri tam sağalaraq evə buraxılıb, 179 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 387 mindən artıq test aparılıb.


Create Account



Log In Your Account