Apr 14 2020 14:26
Elshad Aliyev
Views: 81

Belçikada son sutka ərzində koronavirusdan 262 ölüm faktı qeydə alınıb.

APA-nın xəbərinə görə, Belçika Krallığının Səhiyyə Nazirliyinin Böhran Qərargahından bildirilib ki, pandemiya başlayandan ölkədə bu virusdan ölənlərin sayı 4157 olub.

Gün ərzində 530 nəfərdə koronavirus aşkarlanıb, yoluxanların ümumi sayı 31 119 nəfərdir.

Belçikada martın 14-dən aprelin 19-dək sosial izolyasiya tədbirləri tətbiq olunub. Bu müddətin mayın 3-dək uzadılacağı gözlənilir.


Create Account



Log In Your Account