Aug 04 2020 16:32
Elshad Aliyev
Views: 134

Almaniyanın paytaxtı Berlində naməlum şəxslər banklardan birinin filialına hücum edib. İnsident zamanı baş verən atışma nəticəsində mühafizəçilərdən biri yaralanıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 09:30-da Vilmersdorf rayonunda qeydə alınıb. Hücum edən şəxslər avtomobillə banka soxulmağa çalışıb. İlkin məlumata görə, hücumda üç nəfər iştirak edib. Onlar istifadə etdikləri avtomobili yandıraraq hadisə yerindən uzaqlaşmağa nail olublar. Berlin polisi rəsmi “Twitter” səhifəsində hücum və soyğunçuluq faktını təsdiqləyib.

Cinayətkarların ələ keçirdiyi qənimət barədə məlumat verilmir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı bütün versiyaları nəzərdən keçirir.

Qeyd edək ki, iyun ayının ortalarında elə həmin rayonda naməlum şəxslər inkassator avtomobilinə hücum edərək 500 min avronu oğurlamışdılar.


Create Account



Log In Your Account