May 29 2019 13:55
Ferah Sabirqizi
Views: 1349
Beyin hüceyrələrinin fəaliyyətini ən adi qida məhsullarının köməyi ilə stimullaşdırmaq olar. Rusiya Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat Qida İnstitutunun alimləri müxtəlif qidaların beyin fəaliyyətinə təsirini öyrənərək maraqlı nəticəyə gəliblər. Əsas məsələ qida məhsullarının tərkibini bilməkdir. 
 
Beyin mürəkkəb mexanizmdir və onun normal fəaliyyəti üçün 100 milyarddan artıq sinir hüceyrələri çoxlu miqdarda enerji alır və qəbul edilən qidadan alınan enerjinin 20 faizini mənimsəyir. Ona görə də elə qidalar yeyilməlidir ki, onlardan alınan enerji orqanizm üçün yetərli olsun.
 
Kök - yaddaşı möhkəmləndirir, maddələr mübadiləsini stimullaşdırır. Tələbə və məktəblilərin imtahandan əvvəl sürtgəcdən keçirilmiş kökə bitki yağı qatıb yeməsi məsləhətdir.
 
Ananas - yaradıcı peşə ilə məşğul olanlar üçün vacibdir. Yaddaşda irihəcmli mətnlər və notların saxlanmasına yardım edir. Onun tərkibində olan C vitamini qısa vaxtda fikirləri toplamağa kömək edir.
 
Avokado - tərkibində çoxlu miqdarda yağ turşuları olduğundan qısa müddətli yaddaş üçün yaxşı mənbədir.
 
Baş soğan - zehni və psixi pozğunluğu aradan qaldırır, qanı durulaşdırır, beynin oksigenlə təminatını asanlaşdırır.
 
Qoz - sinir sistemini möhkəmləndirir, baş -beynin fəaliyyətini stimullaşdırır. Məsuliyyətli məruzə, çıxış və tədbirlərə hazırlaşanlar üçün qoz yemək çox faydalıdır.
 
Əncir -tərkibindəki maddələrə görə aspirinə yaxındır, yəni beyni təmizləyir və yeni ideyalara olan həssaslığını artırır. Əncirin tərkibində olan efir yağları qanı durulaşdırır, beyni oksigenlə yaxşı təchiz edir.
 
Zirə - tərkibində olan efir yağları sinir sistemini stimullaşdırır, 1 stəkan suda 2 çay qaşığı zirənin quru kütləsini dəmlənilib içilməsi çox faydalı təsir göstərir.
 
Kələm - qalxanvarı vəzinin aktivliyini azaldır, sinir sistemini sakitləşdirir.
 
Limon - informasiyaların qəbulunu asanlaşdırır, tərkibindəki C vitamininin yüksək miqdarı iş qabiliyyətini artırır.
 
Qaragilə - beynin qan dövranını yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir göstərir.
 
İstiot - gün ərzində 2-3 dəfə qırmızı istiotdan istifadə etmək məsləhətdir.
 
Balıq - tərkibindəki fosfor, yod və kalium sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.
 
Düşünürük ki, bu maddələr arasında qoz haqqında daha geniş məlumat verməyə ehtiyac var. Qoz orqanizmin lazımi vitamin ehtiyacını və enerji tələbatını ödəməyə yardım edir. 
Qozun ən böyük üstünlüyü onun Omeqa yağları ilə zənginliyidir. Omeqa yağları zehni inkişaf, ağlın və dərrakənin güclənməsi üçün çox vacibdir. Omeqa 3 sayəsində Trigliseritler ve xolesterin aşağı düşür, beləliklə ateroskleroz və onunla əlaqəli ürək xəstəlikləri və infarkt riski azalır. Omeqa 3 yağ turşuları insan bədənində istehsal edilmir, yalnız qida ilə qəbul edilir.
 
Qoz immun sistemini gücləndirir, xərçəngə qarşı qorunmağı təmin edir, beyin, retina, sperma və  dəri hüceyrələrini gücləndirir, qan şəkərinin normallaşmasına yardım edir. 
 
 
Qozun tərkibindəki maddələr qalxanvari vəzin fəaliyyətinə də müsbət təsir edir və qanı təmizləyir. Bundan əlavə, qozun aşağıdakı təsirləri də var:
 
*Qurdqovucu təsir göstərir, zərərli parazitləri uzaqlaşdırır. 
*Qaraciyərə xeyirlidir, qaraciyər fəaliyyətini normallaşdırır
*Bağırsaqları təmizləyir
*Orqanizmi cavanlaşdırır
*Sümükləri möhkəmləndirir
*Bədən hüceyrələrini yeniləyir
*Damarlara faydalıdır
*Zülalla zəngindir
*Toxluq hissi yaratdığından arıqlamaq istəyənlərin işinə yarayır
*Həzmi yaxşılaşdırır
*Depressiyanı azaldır
*Öddə daş yaranmasının qarşısını alır
*Yodla zəngindir
 
Bu məhsullarla yanaşı, mütəmadi olaraq yediyimiz qidalar həyatda qalmağımızla yanaşı, beyin sağlığımıza da ciddi şəkildə təsir edir. Beynimizə mənfi təsir göstərən qidaların siyahısını təqdim edir.
 
Qızarmış qidalar
Bütün işlənmiş qidalar, kimyəvi maddələr, qatqı maddələri, süni dadlandırıcılar və qoruyucular bura daxildir. Bunlar həm uşaqlarda, həm də böyüklərdə ciddi beyin zədələrinə yol açır.
 
Dondurma
Aparılan bir çox araşdırma zamanı doymuş yağ və şəkərlə zəngin qidaların bilik və söz bacarıqlarını azaltdığını ortaya qoyub. Mütəxəssislər dondurma yemək yerinə təzə meyvə ilə hazırlanan soyuq qatıqların istifadəsini məsləhət görür.
 
Antrikot ət
Antrikot ətin ən çox sevilən yerlərindən biridir. Ancaq 170 qram antrikotda 12 qram doymuş yağ var. Doymuş yağların ürəklə yanaşı, Alzheimer xəstəliyi riskini artırdığı və bilik səviyyəsinə mənfi mənada təsir etdiyi açıqlanıb.
 
Nikotin
Nikotin bir qida olmasa da, beyinə təsir edən güclü faktorlar arasında yer alır. Nikotinin zərərləri saymaqla bitmir. Orqanizmimizin ən əhəmiyyətli orqanı olan beyninizə qan getməsini əngəlləyir. Qan getməsə, oksigen də getməz
Kiçik damarları tıxadığı üçün nevrotransmitterlərin inkişafına əngəl olur və fəaliyyətini əngəlləyir. Bu da sinir sistemini tükəndirir.
 
Konserv balıqlar 
Amerika Ürək Dərnəyi ürək sağlamlığı üçün həftədə 2 dəfə ton balığı istifadəsini tövsiyə edir. Ancaq konserv qutuda satılan ton balıqları sağlamlığa fayda yerinə, zərər verir. Konserv ton balıqlarının içərisində olan ağır metallar beyin sağlamlığına mənfi mənada təsir edir.
 
Fast-food
Yaxın zamanda Monreal Universitetində aparılan bir araşdırma fast-food məhsullarının beynin kimyasını dəyişdirdiyini ortaya qoyub. Bu da depressiyaya yol açır.
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.   

Create Account



Log In Your Account