Mar 06 2020 11:34
Elshad Aliyev
Views: 116

Bakı Fond Birjasında (BFB) 2020-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1 095 765 094 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır. Belə ki, ötən ilin analoji dövründə əməliyyatların həcmi 2 726 498 017 olub.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-fevral ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 174%, repo əməliyyatları üzrə isə 278% böyümə qeydə alınıb.

2020-ci ilin fevral ayının son ticarət günü üzrə BFB-nin kapitalizasiyası 3 828 174 818,02 manat təşkil edib.


Create Account



Log In Your Account