May 08 2020 14:07
Elshad Aliyev
Views: 51

Rusiya Federasiyasının İdman Nazirliyi Birinci MDB Oyunlarının loqotipini və talismanını təsdiq edib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yarışların loqotipi Simurq quşu, talismanı isə bəbir olacaq. Oyunların bu il avqustun 20-27-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilməsi planlaşdırılır. Yarışlarda 11 ölkədən 14-23 yaşlarında 3,5 minə yaxın idmançının iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Birinci MDB Oyunlarının keçirilməsi ideyası MDB Dövlət Başçıları Şurasının 2018-ci ildə Tacikistanda keçirilmiş iclasında təsdiqlənib.


Create Account



Log In Your Account