Jun 14 2021 09:58
Elshad Aliyev
Views: 86

14 iyun tarixində ticarət zamanı "Bitcoin"in dəyəri 10%-dən çox artıb. Hazırda kriptovalyuta 39 min ABŞ dollarından baha ticarət olunur.

"APA-Economics" xəbər verir ki, "Binance" birjasının məlumatına görə, saat 04:02-də "Bitcoin"in dəyəri 39 189 dollara çatıb. Ümumiyyətlə, dünyanın ən böyük birjalarında sözügedən kriptovalyutanın qiyməti 39,1 min dollara yaxındır.

Xatırladaq ki, 2021-ci ilin aprelində "Bitcoin"in qiyməti 65 min dollara çatmışdı. May ayının ortalarında aparıcı rəqəmsal valyutaların dəyəri 44-64%, ümumi bazar kapitallaşması isə 1,2 trln. dollardan çox azaldı.


Create Account



Log In Your Account