Jan 16 2017 17:00
Ulviyye Sabirqizi
Views: 1702

Bişkekdə “Boeing 747-400” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan 9 nəfərinin, o cümlədən 3 uşağın meyiti tanınıb.

Bu barədə CBC "RİA Novosti"yə istinadən məlumat verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Qırğızıstanda Bişkekin “Manas” hava limanı yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 37 nəfərin həlak olduğu bildirilir.

Təyyarənin “qara qutu”su aşkar edilib. Hadisə yerində aşkar olunmuş "qara qutu" qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək.

Qeyd edək ki, qəzanın səbəblərinin araşdırılması üçün Bişkekə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri gələcəklər.

 


Create Account



Log In Your Account