Jan 16 2017 10:43
Ulviyye Sabirqizi
Views: 1384

Qırğızıstanın Bişkek şəhərində baş verən təyyarə qəzasında həlak olanların sayı 37 nəfərə çatıb.

CBC xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerində başlayan yanğın söndürülüb.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin “АСТ” aviaşirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsi Bişkekin Manas aeroportundan havaya qalxdıqdan qısa müddət sonra yaxınlıqdakı yaşayış evlərinin üzərinə düşüb.

Yük təyyarəsinin məxsus olduğu aviaşirkətindən bildiriblər ki, qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Qeyd ediblər ki, qəzanın səbəbləri araşdırılır, hazırda ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırlar.

 


Create Account



Log In Your Account