Dec 23 2019 10:19
Elshad Aliyev
Views: 99

Dekabrın 23-də səhər saat 8:00-da şimal bölgəsindəki seçki məntəqələrində bələdiyyə seçkilərinə uğurla start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şimal bölgəsinə aid Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 366 məntəqədə səs verirlər. Regiondakı 127 bələdiyyə üzrə ümumilikdə 3 min 341 namizəd qeydə alınıb.

Şimal regionda qeydə alınan seçicilərin sayı 282 min 556 nəfərdir. Onlardan 5 min nəfərə yaxını ilk dəfə səs verən gənclərdir.

Şimal bölgəsində olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən bildirilib ki, məntəqələrdə səsvermənin ilk anlarından seçici fəallığı müşahidə olunur.

Şimal regionunda seçki prosesini yerli və xarici müşahidəçilər izləyir. Bununla yanaşı, 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər bir şəxsə səsverməni onlayn izləmək imkanı verir.


Create Account



Log In Your Account