Dec 04 2019 16:09
Elshad Aliyev
Views: 187

Biləsuvardakı Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyinin “Seçkilərə ilk namizədlər və seçicilər” layihəsi çərçivəsində ilk maarifləndirmə tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, 66 saylı Biləsuvar Seçki dairəsinin əməkdaşı, Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə, “Dünyaya Pəncərə” Biləsuvar Gəncləri İctimai Birliyinin sədri Bayram Məmmədli, "Biləsuvar Yeniyetmə və Gəncləri" İctimai Birliyinin sədri və layihə rəhbəri Sahil Hüseynzadə və ilk dəfə səs verəcək gənclər iştirak ediblər.

Mərasimdə çıxış edən Sahil Hüseynzadə təşkilatın fəaliyyəti və layihə barədə ətraflı məlumat verib. Bildirilib ki, layihə Salyan, Biləsuvar və Cəlilabad rayonlarında ilk dəfə səs verən gənc seçicilərin maarifləndirilməsi məqsədilə 3 ay ərzində qeyd edilən regionlarda icra olunacaq.

Digər çıxış edənlər layihənin seçkilər ərəfəsində keçirilməsinin əhəmiyyətini vurğulayaraq təşkilatın fəaliyyətinə uğurlar arzulayıblar.

Sonra layihə təlimçisi Sənan Mənsimli və 66 saylı Dairə Seçki Komissiyasının nümayəndəsinin iştirakı ilə təlimlərə start verilib. Daha sonra “Demokratik dövlətlərdə seçki qanunvericiliyi”, “Yerli özünüidarəetmə orqanları və seçkilər”, “Hüquq anlayışı-seçicilərin hüquq və vəzifələri” mövzularında məlumatlandırma və müzakirələr keçirilib.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin növbəti günü təlimlərdə iştirak edən gənclərin seçki məntəqəsində simulyativ səsvermə prosesi ilə praktiki tanışlığından ibarət olacaq.


Create Account



Log In Your Account