Jan 18 2019 11:22
Ferah Sabirqizi
Views: 168

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əhalinin sülhə hazırlanması barədə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır.

Bu barədə Trend BMT Baş katibinin rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat verir.

Qeyd olunur ki, Baş katib yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri v.i.e. Zöhrab Mnatsakanyan arasında baş tutmuş görüşü alqışlayır:

"Baş katib tərəflərin həlli yubanmış Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış və dinc nizamlanması yollarının tapılmasına sadiqliyini yüksək qiymətləndirir, o cümlədən nazirlərin əhalinin sülhə hazırlanması barədə konkret tədbirlərin görülməsinin zəruriliyi barədə razılaşmasını alqışlayır".

A.Quterreş BMT-nin ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha bəyan edib.

Xatırladaq ki, yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə E.Məmmədyarov və Z.Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.


Create Account



Log In Your Account