Jan 20 2017 17:27
Ulviyye Sabirqizi
Views: 1613

BMT-nin Cenevrə Bölməsində fotosərgi təşkil edilib.

CBC xəbər verir ki, sərgi BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Davamlı Enerji Komitəsinin 25-ci sessiyası çərçivəsində UNECE Katibliyinin, Azərbaycan-Almaniya Cəmiyyətinin (TEAS) dəstəyi və

Cenevrədə akkreditə olunmuş Almaniya, Azərbaycan, Qazaxıstan və Ukraynanın daimi nümayəndəliklərinin birgə əməkdaşlığı ilə yaşıl iqtisadiyyata keçid istiqamətində ölkələr tərəfindən göstərilən səylərin əyani şəkildə nümayiş etdirilməsi məqsədilə təşkil edilib.

Sərgi Dayanıqlı İnkişaf Məqsədlərinə aid olan, insanların həyat şəraitinin yaxşılaşdırılması, ekoloji vəziyyətin və alternativ enerji sektorunun inkişaf etdirilməsi mövzularına həsr olunub.
Azərbaycan tərəfdən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində

UNECE-nin icraçı katibi Kristian Fris Bax açılış nitqi ilə çıxış edib, Azərbaycan, Almaniya, Qazaxıstan diplomatik nümayəndəliklərinin rəhbərləri və Ukraynanın parlament üzvü nitq söyləyib. Fotosərgidə Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində həyata keçirilmiş layihələri əks etdirən fotolar nümayiş olunub.

Sərgidə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini sədrin müşaviri Nəzir Ramazanov təmsil edib.

 


Create Account



Log In Your Account