Mar 13 2017 10:56
Ulviyye Sabirqizi
Views: 1540

Suriyada 2016-cı ildə 652 uşaq ölüb.

CBC-nin xəbərinə görə, bu barədə “112.ua” BMT-nın hesabatına istinadən məlumat yayıb.

Uşaqlardan 255-i məktəblərdə və onların ətraf ərazilərində ölüb. Hesabata əsasən, Suriyada uşaq meydançaları, parklar, evlər, məktəb və xəstəxanalara edilən hücumlar səngimir. Bildirilir ki, bu hücumların arxasında həm hökumət qüvvələri, həm də onlara qarşı vuruşan müxalifət və onların müttəfiqləri dayanır.

Hesabata əsasən, ötən il Suriyada 1.7 milyon uşaq məktəbə getməyib, ölkədə hər üçüncü məktəb tədris üçün yararsızdır. 2.3 milyon suriyalı uşaq isə bütün Yaxın Şərqə səpələnərək qaçqın həyat tərzi sürür.

Hesabat Suriyada vətəndaş müharibəsinin başlanğıcı sayılan geniş miqyaslı anti-hökümət etirazının altıncı ildönümünə iki gün qalmış dərc edilib

 


Create Account



Log In Your Account