Mar 26 2020 12:54
Elshad Aliyev
Views: 105

İsmayıllı rayonunda koronavirus (COVİD-19) epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir.

Rayon gigiyena və epidemiologiya mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına və tövsiyələrinə, Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən geniş miqyaslı dezinfeksiya işləri aparılır, küçələr xüsusi avtomaşınlarla yuyulur. Bu işlər hər biri 2 nəfər peşəkar dezinfektordan ibarət 4 qrup tərəfindən görülür.

Şəhər ərazisindəki yaşayış evləri, idarə, müəssisə və təşkilatların inzibati binaları, təhsil ocaqları və mədəniyyət müəssisələri, ictimai iaşə obyektləri, parklar xüsusi dərman preparatları vasitəsilə dezinfeksiya olunub və hazırda əksər ərazilərdə bu iş təkrar davam etdirilir. Şəhərin küçələri də xüsusi ayrılan avtomaşınla yuyulur.

Rayonda sakinlər mütəmadi olaraq virusa yoluxma riskinin azaldılması istiqamətində maarifləndirilirlər.


Create Account



Log In Your Account