Mar 18 2020 14:06
Elshad Aliyev
Views: 29

Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunda koronavirus (COVID-19) və ondan qorunma yolları barədə maarifləndirici tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Biofizika İnstitutundan məlumat verilib. Tədbir iştirakçılarına məlumat verilib ki, COVID-19 SARS və MERS kimi RNT tərkibli koronaviruslardandır. COVID-19 qrip virusuna nisbətən təqribən 3 dəfə artıq sürətlə yayılır ki, bu da xəstələrin sayını kəskin artırır. Bəzi ölkələr çoxlu sayda xəstəni müayinə etmək iqtidarında deyil. Azərbaycanda isə koronavirusa yoluxanların sayı çox azdır və dövlətin gördüyü qabaqlayıcı tədbirlər bu xəstəliyin nisbətən tez aradan qaldırılacağı fikrini söyləməyə əsas verir.

Qeyd olunub ki, koronavirusa qarşı xüsusi müalicə vasitəsi və ya vaksin (peyvənd) olmadığı üçün yoluxmuş əksər insanlar bu xəstəlikdən özləri sağalır. Koronavirus simptomları olan şəxslər vaxt itirmədən həkimə müraciət etməlidir. Bir çox hallarda koronavirusa yoluxmuş insanlarda xəstəliyin simptomları özünü göstərmir və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın dezinfeksiya qaydalarına riayət etməsi vacibdir.


Create Account



Log In Your Account