Dec 10 2019 13:50
Elshad Aliyev
Views: 284

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirinin müavini Velik Zançev və qurumun Avropa Koordinasiya və Beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri Nadejda Buxova ilə görüşüb.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları”nın sədri qonaqlara “Şərq-Qərb” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri, o cümlədən layihələrin mühüm elementi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti və perspektivləri barədə məlumat verib. Görüşdə Bakı-Tbilisi-Qars marşrutu üzrə Bolqarıstan ərazisindən keçməklə Qara dəniz üzərindən bərə vasitəsilə Avropaya yükdaşınması barədə əməkdaşlıq təklifləri müzakirə olunub.

Bolqarıstanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərdən danışan V.Zançev yenilənmə işlərinin 2025-ci ilə qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu deyib.

C.Qurbanov təklifi müsbət qarşıladığını deyib və qarşılıqlı maraq çərçivəsində məsələnin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirliyinin Avropa Koordinasiya və Beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri N.Buxova ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi baxımından böyük potensialın olduğunu bildirib. Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri çərçivəsində ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.


Create Account



Log In Your Account